“GÖMRÜKÇÜ” JURNALININ NÖVBƏTİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
“Beynəlxalq Konfrans gömrük xidmətləri arasında məhsuldar əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olmuşdur” sərlövhəli məqalədə fevralın 2-3-də Bakıda keçirilən beynəlxalq konfransdan, buradakı görüşlərdən bəhs edilir.
Jurnalın bu nömrəsində həmçinin “Beynəlxalq Konfransın iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar”, “Bəşəri bəlaya qarşı mübarizədə rəssamlar da öz sözlərini deyirlər” başlıqlı yazılar, Macarıstan Respublikası Gömrük və Maliyyə Mühafizəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq Protokolunun imzalanması, konfrans iştirakçılarının Dünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris və Kinoloji mərkəzləri ilə tanışlığı, eləcə də respublika xarici ticarətinin 2005-ci ildə vəziyyəti haqqında məlumatlar dərc edilmişdir.