GÖMRÜK ƏMƏKDAŞLARI MÜXTƏLİF ADDA QAÇAQMAL AŞKARLAMIŞLAR

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Tovuzun “Böyük kəsik” məntəqəsində Tbilisi-Bakı sərnişin qatarına baxış zamanı Cəmilə Yusifovaya məxsus və nəzarətdən gizlədilmiş 463,3 kiloqram “Bahar” və “Ona” yağları, xeyli miqdarda saç boyası müsadirə olunmuşdur. Həmçinin “Sınıq körpü” gömrük məntəqəsinin əməkdaşları Əhməd Hacıyevin idarə etdiyi “İkarus-259” markalı avtobusdan 10 ədəd ev qızdırıcısı, Ramil Mustafayev və Fərman Kərimovun idarə etdikləri “QAZ-24” markalı avtomaşınlardan isə nəzarətdən gizlədilmiş 460 litr dizel yanacağı aşkar etmişlər.

Faktlarla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.