SİYASƏT
GÖRKƏMLİ ALİM, AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN XATİRƏSİ YAD EDİLMİŞDİR
Həmin gün tanınmış elm xadimləri, deputatlar, ölkə ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək, Azərbaycan oftalmologiya məktəbinin görkəmli nümayəndəsi Zərifə xanım Əliyevanın qəbrini ziyarət etmiş, onun xatirəsinə hörmət və ehtiram əlaməti olaraq məzarı üstünə əklil qoymuşlar.
Sonra Azərbaycan xalqının ümummilli lideri Prezident Heydər Əliyevin xatirəsini yad etmiş və məzarı önünə gül-çiçək dəstələri düzmüşlər.
Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim, gözəl insan Tamerlan Əliyevin məzarları üstünə də gül-çiçək qoyulmuşdur.
Səhiyyə naziri Əli İnsanov, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva və Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov mərasimdə iştirak etmişlər.