ELM VƏ TƏHSİL


GÖRKƏMLİ MEMARIN YUBİLEYİ QEYD OLUNMUŞDUR

Dekabrın 3–də Azərbaycan Memarlıq və İnşaat Universitetində Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının (ŞÖBMA) prezidenti Şamil Fətullayev-Fiqarovun 75 illiyinə həsr olunmuş “Tarixi şəhərlər və çagdaş demokratik toplumu” mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlamışdır.

Konfransda İngiltərə, Gürcüstan, Polşa və Qazaxıstandan gəlmiş tədqiqatçı alimlər iştirak edirlər.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova çıxışında konfransın əhəmiyyətindən və yubilyarın Azərbaycanın memarlıq tarixində dəyərli rolundan danışmış, yubileyi münasibətilə onu təbrik etmiş, xoş arzularını bildirmişdir. Rektor kollektiv adından xatirə hədiyyəsini yubilyara təqdim etmişdir.

Universitetin kafedra müdiri, professor Elturan Avalov “Memarlıq doktoru Şamil Fətullayevin elmi və yaradıcılıq fəaliyyəti” mövzusunda məruzə etmişdir. O, alimin Azərbaycanda memarlıq tarixinin tədqiqi ilə bağlı dəyərli əsərlər yazdığını vurğulamışdır.

Mərasimdə xarici ölkələrdən gəlmiş qonaqlar, tədqiqatçı alimlər, uzun illər Şamil Fətullayevlə birlikdə çalışan dostları, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Rasim Əfəndiyev və başqaları çıxış edərək yubilyarı təbrik etmiş, ona xoş arzularını çatdırmışlar. Onlar qeyd etmişlər ki, Azərbaycanın memarlığı ilə bağlı Şamil müəllimin tədqiqat əsərləri bu gün memarlıq tarixinin öyrənilməsi üçün dəyərli vasitədir.

Konfransda, həmçinin ”Azərbaycan memarlıq təhsilinin müasir problemləri”, “Yeni memarlıq məktəbi konteksində Azərbaycan memarlığının inkişaf konsepsiyası”, “Müasir şəhərsalmanın nəzəriyyəsi və metodologiyası” və başqa mövzularda məruzələr də dinlənilmişdir.

Konfrans öz işini dekabrın 4-də davam etdirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.