Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

GÖRKƏMLİ MUĞƏNNİ VƏ BƏSTƏKAR MÜSLÜM MAQOMAYEVİN ŞƏRƏFİNƏ

Sentyabrın 8-də Bakı Əyləncə Mərkəzində görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin şərəfinə rəsmi qəbul təşkil olunmuşdur.

Azərbaycan Prezidenti Heydər Əliyev qəbulda iştirak etmişdir. Salona toplaşanlar dövlətimizin başçısını alqışlarla qarşıladılar.

Prezident Heydər Əliyev rəsmi qəbulda nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

-Əziz Müslüm!

Əziz Tamara!

Hörmətli xanımlar və cənablar!

Üç gündür ki, Azərbaycan Müslüm Maqomayevin 60 illiyini bayram edir. Biz Müslümün 60 illiyini xalqın ona, onun mahnılarına, əsərlərinə bəslədiyi hansı hisslərlə və məhəbbətlə qeyd etdiyinin şahidləriyik. Bu, qanunauyğundur. Çünki, Müslüm Maqomayev özünün gözəl mahnıları ilə və incəsənət, mədəniyyət sahəsində görkəmli fəaliyyəti ilə Azərbaycanın tarixinə daxil olmuşdur. O, bizim mədəniyyətimizi, mahnı sənətimizi zəngiləşdirmişdir, böyük məhəbbət, çox yüksək nüfuz qazanmışdır. O, Azərbaycan xalqının oğlu olaraq, burada dünyaya gəlmiş və ilk addımlarını Azərbaycanda atmışdır, amma sonra, sadəcə, Azərbaycanın çərçivəsinə sığmamışdır. Bu da təbiidir. Çünki onun yaradıcılığı, onun sənəti, onun mahnıları daha geniş auditoriya, xalqla daha geniş ünsiyyət tələb edirdi. Odur ki, Müslüm hələ çox-çox illər əvvəl, hələ erkən yaşlarından Moskva səhnəsində görünmüşdür. Onun Azərbaycanda olduğu kimi, Moskva səhnəsində görünməsi də Sovetlər İttifaqı paytaxtının, Moskva kimi çox iri şəhərin mədəni həyatında hadisəyə çevrilmişdir. Amma o, bununla kifayətlənmədi.

Keçmiş Sovetlər İttifaqının bir çox şəhərlərində, vilayətlərində, respublikalarında və bu hüdudlardan kənarda da onun sənətinə tələbat olduğunu bilən Müslüm bütün Sovetlər İttifaqına və Qərbin bir çox ölkələrinə qastrol səfərlərinə çıxmağa başladı. O, harada olurdusa-olsun, hər yerdə hamını heyran qoyur, böyük hisslər oyardırdı, onun konsertlərinə düşmək çətin idi və xalq onu görmək istəyirdi. Halbuki, o vaxtlar onun mahnıları lentə alınır, yayılırdı, bu işdə Moskva televiziyası və radiosu böyük rol oynayırdı. Buna baxmayaraq, insanlar onu görmək istəyirdilər.

Belə maraq ilk növbədə onun əla, nadir səsi ilə bağlı idi. Belə maraq onun təkraredilməz ustalığı ilə bağlı idi. Güclü, yaxşı, xoş avazlı səsə malik olmaq kifayət deyildir, əgər müğənni öz səsindən, Allah vergisi olan istedadından istifadə edə bilmirsə, insanların məhəbbətini və rəğbətini qazana bilməz. Müslüm isə bu baxımdan böyük artist, çox böyük usta, mahnı ustası, söz ustası, artistizm ustası olduğunu göstərdi. Dünən konsertdə köhnə kadrları göstərdilər, Müslüm oxuyarkən onun necə jestləri vardı. Yəni, səhnədə onun zahiri görkəmi, mahnıların ifası zamanı etdiyi jestlər – bunlar hamısı birlikdə onun gözəlliyini təcəssüm etdirirdi. Prinsip etibarilə onu təbiət gözəl yaratmışdır. Bilirsinizmi, ümumiyyətlə, o, xoşbəxtdir. Allah Müslümə belə təkrarolunmaz səsi, belə şahiri görkəmi, belə gözəlliyi və belə bacarığı ona görə bəxş etmişdir ki, o, öz səsindən istədiyi kimi istifadə edə bilsin və öz zahiri görkəmini göstərə bilsin. O, öz zahiri görkəmini göstərmirdi, sadəcə, səhnədə dururdu və hamı ona heyran-heyran baxıb zövq alırdı.

Dünən çox deyildi, hər yerdə, hər yanda hamı əlini ona toxundurmaq istəyirdi, ondan avtoqraf almaq istəyirdi, sadəcə olaraq, ona yaxından baxmaq istəyirdi, mən hələ onu demirəm ki, nə qədər qız, nə qədər qadın onun həsrətini çəkirdi. Bu, həqiqətən belədir. Mən bunu ona görə deyirəm ki, - dünən bu barədə danışmışam, - Müslümün Azərbaycanda səhnəyə gəlməsinin şahidi olmuşam. Mən bunların hamısını öz gözlərimlə görmüşəm. Mən dünən dedim ki, gənc nəslimiz Müslümü tanımalı, onun yaradıcılığını, yaradıcılıq yolunu bilməlidir. Mənim kimi insanlara gəldikdə isə, bütün bunlar bizim gözlərimiz qarşısında baş vermişdir. Biz onu Azərbaycanda dinləmişik, sonra isə onun Moskvada, digər şəhərlərdə necə çıxış etdiyini izləmişik. Mən 1980-ci illərdə Moskvada işləyərkən Müslümün çıxış etdiyi konsertlərə də çox böyük iftixar hissi ilə gedirdim.

 

Azərbaycanın rəhbəri işlədiyim və Moskvada Sovetlər İttifaqının rəhbərliyində olduğum illərdə Oktyabr inqilabının ildönümünə, başqa hadisələrə həsr edilən çoxlu Ümumittifaq tədbirləri və ya yubiley təntənələri keçirilirdi və həmişə də xüsusi konsert hazılanırdı. Moskvada da belə bir qayda vardı ki, konsertdə hər respublikadan bir müğənni çıxış etməli idi. Hər dəfə də bununla əlaqədar mənə müraciət edib deyirdilər ki, çıxış edəcək adamın adını qabaqcadan, iki ay əvvəl bildirin. Çünki onlar konsert proqramı hazırlayırdılar. Bizdə gözəl müğənnilər, gözəl incəsənət xadimləri, gözəl artistlər çox idi. Deməliyəm, xoşbəxtəm ki, xalqım incəsənət, mədəniyyət sahəsində belə görkəmli istedadlara malikdir. Amma mən əksər hallarda Müslümün adını verirdim.

Xatirimdədir, mən bütün bu təntənələrdə, tədbirlərdə iştirak edirdim. O vaxt Sovetlər İttifaqının rəhbərləri birlikdə oturub konserti dinləyirdilər və mən Müslümün səhnəyə çıxmasını həyəcanla gözləyirdim. Mən hər şeyə diqqət yetirirdim – onu necə hərarətli alqışlarla qarşılayırlar, o, necə oxuyacaq, necə ifa edəcəkdir. Birlikdə işlədiyim Siyasi Büro üzvləri mənə tərəf çevrilib təbrik edirdilər. Mən çox böyük iftixar hissi keçirirdim! Çünki hər halda bu, öz xalqının malik olduğu ən yaxşı keyfiyyətləri təqdim etmək imkanı idi. Əlbəttə, hər bir respublikanın rəhbəri çalışırdı ki, onun respublikası daha yaxşı təmsil olunsun. Elə bunun özü də müəyyən dərəcədə bu və ya digər respublikanın mədəniyyətinin, incəsənətinin səviyyəsinin göstəricisi idi. Müslüm öz çıxışları ilə məni tez-tez sevindirirdi. Bir qədər ətraflı danışacağam.

Leonid İliç Brejnevin iki yubileyi olmuşdur – 70 illiyi və 75 illiyi. Mən onunla yubiley ərəfəsində, yubileyə iki ay qalmış görüşdüm, yubiley barədə söhbət etdik. O soruşdu ki, konsertdə səndən kim çıxış edəcəkdir? Mən bu sualı gözləyirdim. Buna baxmayaraq, dedim: Leonid İliç, fikirləşirəm. O, mənə dedi: Maqomayevi gətir, Maqomayevi. Cavab verdim ki, Leonid İliç, narahat olmayın, Maqomayev olacaqdır. Olan olub, keçən keçib. İndi Brejnev haqqında nə istəyirlər deyirlər, halbuki, o vaxt hamı bu yubileydə iştirak etməyə, öz xalqını daha yaxşı təmsil etməyə çalışırdı. Çünki bu, elə bir fürsət idi ki, orada hər bir respublika öz incəsənətini, öz mədəniyyətini təqdim edə bilərdi. Yadımdadır, hər iki halda onun yubileyi Kreml sarayında, Georgi salonunda qeyd edildi. Bu ziyafətlərdə Müslümün çıxışını hamı diqqətlə dinləyirdi və Müslüm çıxış edərkən mən həmişə böyük iftixar hissi keçirirdim.

 

Mən dünən dedim ki, onun bütün bu illər ərzində və təbii ki, indi də əhatə olunduğu belə böyük, görünməmiş şan-şöhrətin ona təsir etməməsi böyük səadətdir, o mənada ki, o, lovğalanmadı, yaxud bəzilərində olduğu kimi, özünü başqa cür aparmadı. O, həmişə özünü təvazökar apardı, öz yüksək mədəniyyəti, ədəb-nəzakəti ilə fərqləndi və onun gözəlliyi barədə isə danışmaq lazım deyil, bunu hamı görür. Bir baxın, bir insanda nə qədər yüksək keyfiyyətlər olarmış. Bu qədər yüksək keyfiyyətlərə malik olsa da, çox böyük uğurlara malik olsa da, o, həmişə təvazökar Müslüm olmuşdur və bu gün də belədir.

Müslüm zəmanəmizin böyük müğənnisidir. Mən bunu mübaliğəsiz deyirəm. Dünyada elə bir təşkilat yoxdur ki, o, kimin böyük olduğunu müəyyənləşdirsin. Ancaq insanlar bunu özləri müəyyənləşdirirlər. Bu gün, Müslümün yubileyini qeyd etdiyimiz vaxtda deməliyəm ki, o, tarixə böyük müğənni kimi daxil olmuşdur. Özü də təkcə Azərbaycan milli miqyasının böyük müğənnisi kimi deyildir, dediyim kimi, o, dərhal Azərbaycanın hüdudlarından kənara çıxmışdır. O, dünyanın bir çox ölkələrində tanınmış, belə yüksək ad-san qazanmış böyük müğənnidir. Biz Azərbaycanda Müslümün yubileyini bu cür təntənə ilə qeyd edərkən heç nəyi şişirtmirik, sadəcə olaraq, özünün 60 illiyinədək göstərdiyi xidmətləri layiqincə qiymətləndiririk.

Əziz Müslüm! Sən çox işlər görmüsən. Sən böyük yaradıcılıq yolu keçmisən, olduqca böyük xidmətlərin var. Təkrar edirəm, sən misilsiz şöhrət, yüksək nüfuz qazanmısan, sən belə uğurlara nail olmağından razı qala bilərsən. Zənnimcə, bu, sənin həyatının mərhələlərindən biridir və biz gələcəkdə də sənin mahnılarının ifasının şahidi olacağıq. Allaha şükür ki, səsin dəyişməyibdir, ustalığın isə daha da artmışdır. Sən daha da irəli getməlisən və bizi öz mahnılarınla, öz uğurlarınla sevindirməlisən, bu, sənin borcundur.

Mən Tamara haqqında ayrıca danışacağam. Çünki o, bu süfrə arxasında onun barəsində ayrıca sağlıq deyilməsinə layiqdir. Lakin bununla yanaşı, iki kəlmə demək istəyirəm – Müslüm və Tamaranı bir-birindən ayırmaq olmaz. Yaxşı ki, Müslümün belə şəxsi həyatı var. Əziz Müslüm, mən səni bir daha təbrik edirəm. Sənə cansağlığı, uğurlar arzulayıram, çox istəyirəm ki, sən həmişə sağlam olasan. Bundan ötrü nə etmək lazımdırsa, Azərbaycan Prezidenti kimi mənə de, mən edim, çünki sən bizə, xalqımıza, ölkəmizə çox lazımsan. Sən bütün insanlara çox lazımsan, sən ümummilli xarakterli, ümumbəşəri xarakterli müğənnisən. Ona görə də sən heç də təkcə bizə lazım deyilsən.

Sənin sağlığına, sənin gələcək uğurlarının şərəfinə!

Sağ ol!

X X X

Bu yubiley günləri mən Tamara Sinyavskaya barədə də bir qədər danışdım. Amma indi burada onun haqqında ayrıca danışmaq istəyirəm. O, Müslümün həyat yoldaşıdır, sözsüz ki, heç də hər bir dahi insanın belə, özünə layiq həyat yoldaşı olmur. Tamara Sinyavskaya artıq neçə illərdir ki, Böyük teatrın solistidir. Həm keçmiş Sovetlər İttifaqında, həm də indi Rusiyada opera müğənnisi kimi böyük şöhrət qazanmışdır.

Böyük teatr möhtəşəm sənət məbədidir. Cavanlığımda Moskvada olduğum və Böyük teatra getdiyim vaxtları xatırlayanda hər dəfə öz-özümə deyirdim ki, bu teatrda iki dəfə olmuşam, üç dəfə olmuşam, filan baletə baxmışam, filan operanı dinləmişəm. Hər dəfə də bu teatra getmək mənim üçün asan olurdu. O zaman gənc yaşlarımda mən burada DTK-da işləyirdim. Moskvada DTK-da, təbiidir ki, dostlarım var idi, oraya ezamiyyətə gedəndə mənim üçün hər cür şərait yaradırdılar. Böyük teatrda həmişə onlar üçün 2 yer saxlanılırdı. Amma məsələ bundadır ki, həmin yerlərdən müxtəlif adamlar istifadə edirdilər. Moskvaya gələndə öz proqramımı dəqiqləşdirirdim ki, teatra nə vaxt gedə bilərəm. Teatrın repertuarı ilə tanış olur və əvvəlcədən dostlarıma müraciət edib bir neçə gün üçün biletlər alırdım. Bax, Böyük teatr belə teatr idi. Sonra mən Moskvada işləyəndə Siyasi Büronun üzvü və Nazirlər Soveti Sədrinin birinci müavini kimi mədəniyyət nazirliyinə kuratorluq edirdim. O zaman mən Böyük teatrla daha yaxından tanış oldum, əvvəllər oraya tamaşaçı kimi gedirdimsə, indi Kremldən bu teatrın işləri ilə maraqlanırdım. Əslinə baxsan, maraqlanmaq da lazım deyildi, çünki Böyük teatrda artistlərin özləri çox məsələlər qaldırırlar və mən də bu problemlərlə məşğul olurdum. Onların çoxu ilə o zaman yaxından tanış oldum.

Xatirimdədir, bir dəfə Böyük teatr burada qastrolda idi. Tertrın bir çox tanınmış müğənniləri, solistləri bizim opera teatrının tamaşalarında oldular. Müslüm həmişə deyirdi ki, orada, Böyük teatrda mənə yaxşı münasibət bəsləyirlər.

1972-ci ildə mən Tamaranı Rusiya mədəniyyət xadimləri nümayəndə heyətinin tərkibində görəndə, baxdım ki, bu, gənc, hündürboylu, gözəl və çox cazibədar bir qadındır. Açığını deyirəm, gizlətmirəm, axı, o zaman Müslüm Tamara ilə tanış deyildi, o, mənim xoşuma gəldi. Sonra ertəsi günü, mən bu barədə artıq danışmışam, biz bərə ilə Neft daşlarına yola düşəndə gördüm ki, Müslüm bərədə yoxdur, Tamaranı da görmədim. Onlar haradasa bir yerdə idilər, öz-özümə fikirləşdim ki, afərin, Müslüm. Mən onun necə gözəl qadın olduğunu gördüm, sən demə, bizim zövqümüz eyni idi. Müslümün əvvəllər nə qədər qadını olmuşdur, indi isə neçə illərdir ki, Tamara ilə bir yerdədir.

O zaman mən Tamaranı ilk dəfə görürdüm. Burada o, çox gözəl çıxış etdi və ən başlıcası odur ki, həmin hadisə tarixi xarakter daşıyır. Müslüm Maqomayev nəinki onunla tanış oldu, hətta bu tanışlıq tezliklə onların ailə qurmasına gətirib çıxartdı. Sonralar, Tamara Müslümə ərə getdikdən sonra mən onlarla tez-tez ünsiyyətdə olurdum. Mən artıq dedim ki, dünən və srağagün biz bir yerdə oturub mərhum həyat yoldaşım Zərifə xanımı xatırladıq. Zərifə xanımın onları necə sevdiyini, bizim aramızda həmişə necə birlik yaratdığını yada saldıq. Onlar tez-tez bizə gəlirdilər, ya da ki, biz Moskvada onların qonağı olurduq. Tamara indi xatırlatdı ki, biz bir yerdə Böyük teatra gedib, Maya Plisetskayanın iştirakı ilə “Karmen-süita”ya baxmışdıq. Mən Zərifə xanımla, Müslüm isə Tamara ilə. Doğrudur, biz ayrı-ayrı yerlərdə oturmuşduq, lakin bir-birimizə yaxın idik. Mənə elə gəlir ki, biz təsadüfən görüşdük.

Gizlətmirəm, məsələn, mən qızımı ərə verəndə toy etmədim, xudmani məclis təşkil etdim, Müslüm və Tamara da dəvət olunmuşdular. İlham Moskvada evlənəndə də toy olmadı və Siyasi Büroya məxsus evdə, böyük otaqda süfrə açıb, dostlarımı dəvət etdim. Müslüm və Tamara yenə də orada idilər. Onlar bütün ailə şənliklərimizdə iştirak etmişlər. Buna görə də mən Tamaranı Müslümü tanıdığım qədər yaxından tanıyıram və onun Böyük teatrdakı yaradıcılıq fəaliyyətini diqqətlə izləyirdim. Mən həmişə onun işləri ilə maraqlanırdım, o da mənə danışırdı. O, təkcə Moskvada Böyük teatrda yox, həm də Avropanın, Birləşmiş Ştatların bir çox məşhur teatrlarında çıxış etmişdir.

Xatirimdədir, o, ABŞ-damı, yoxsa Avropadamı hansısa opera teatrında necə çıxış etdiyini danışırdı. O, Almaniyada, Avstriyada, digər ölkələrdə çıxış edirdi. Biz onu sorğu-suala tutub, orada necə çıxış etməsi ilə maraqlanırdıq, axı, o vaxtlar bu, bizim üçün müəyyən qədər qəribə idi. Mən Moskvada işləyəndə, dediyim kimi, Böyük teatrla maraqlanırdım, Tamaranın təkraredilməz, gözəl səsinə və əlbəttə ki, böyük artistlik məharətinə görə yüksək nüfuza malik olduğunu bilirdim. “Karmen”də o, necə də gözəl oxuyur! “Karmen”də Tamaranın ifası təkrarsızdır! Özü də təkcə “Karmen”də yox, digər operalarda da. Mən Moskvada işləyəndə Tamaranı Böyük teatrdan SSRİ Ali Sovetinə deputat seçdilər. Yəqin ki, Moskvanın mədəniyyət tarixində o, yeganə deputat idi. Yadımdadır, mən o zaman rəyasət heyətində oturmuşdum, Rusiyanın, daha doğrusu Moskvanın nümayəndə heyəti isə həmişə qabaqda otururdu. Biz, Siyasi Büronun üzvləri gəlib oturduq və mən gördüm ki, o, birinci cərgədədir. Biz jestlə bir-birimizlə danışmağa başladıq.

Tamara gözəl insani keyfiyyətlərə malikdir və dostluq etdiyimiz bu illər ərzində bir daha buna əmin olmuşuq. Biz məhz dostluq edirdik, təkcə ona görə yox ki, mütləq dostluq etməliydik, ona görə ki, bu adamlar- Müslüm də, Tamara da, bizim xoşumuza gəlirdilər. Əgər Tamara başqa cür olsaydı, bizim xoşumuza gəlməzdi. Biz Müslümə hörmət bəsləyirdik, onları dəvət edirdik. Tamara Müslümdən daha ünsiyyətlidir. O, həmişəki kimi, təmkini ilə seçilirdi, bir söz deyib susurdu, Tamara isə dil-dil ötürdü. Bizə bundan başqa heç nə lazım deyildi. Bu qadınla söhbət etmək bizim üçün, sadəcə, xoş idi. Çünki o, söhbətcildir, çox gözəl oxuduğu kimi, gözəl də danışır.

İndi Tamara Maqomayev ailəsinin və yüksək üslubu, yüksək ifaçılıq qabiliyyəti ilə seçilən Maqomayev duetinin bir hissəsidir.

Tamara, mən səni təbrik edirəm ki, 30 ilə yaxındır Müslümün sadiq həyat yoldaşısan. Birgə həyatınızın 30 illiyi, sonra 35, 40 illiyi tamam olanda biz sizi təbrik edəcəyik. Mən bunu mütləq etmək fikrindəyəm.

Gözəl rus müğənnisi, gözəl incəsənət ustası, Müslüm Maqomayevin gözəl həyat yoldaşı, Tamaranın sağlığına!

Sənin sağlığına!

X X X

Sonra ziyafətdə yubilyar, SSRİ xalq artisti Müslüm Maqomayev çıxış etdi.

MÜSLÜM MAQOMAYEVİN ÇIXIŞI

- Əziz dostlar!

Burada mənim hörmət etdiyim, sevdiyim, qiymətləndirdiyim insanların bir qismi toplaşmışdır. Yəqin ki, mən onların hər birinə ayrıca təşəkkürümü bildirməliydim, çünki burada oturanların çoxu bu yubiley günlərinin yaxşı, dolğun və müsbət mənada ciddi keçməsi üçün çox şey etmişdir. Lakin fikirləşirəm ki, onda siz məni çox dinləməli olardınız. Dünən biz çoxlu xoş və yaxşı sözlər eşitdik, buna görə də mənə elə gəlir ki, yenə də, üçüncü dəfə Heydər Əlirzaoğluna minnətdarlıq etmək lazımdır. Bu barədə danışmaq mənim üçün çətindir, biz Tamara ilə sözü bir yerə qoymasaq da, lakin hər halda demişik: “O, artıq üçüncü gündür ki, mənim barəmdə xoş və yaxşı sözlər deyir”. Mən artıq bu gün fikirləşirdim ki, doğrudanmı yenə də nə isə deyəcəkdir. Budur, mənim barəmdə üçüncü dəfə danışdı və yenə bir dəfə də olsun təkrara yol vermədi. Oturub özüm-özümə fikirləşirəm, doğrudanmı, mənim barəmdə bu qədər uzun-uzadı danışmaq olar?

Mən Heydər Əlirzaoğluna minnətdarlığımı bildirmək istəyirəm. Tamara ilə mənə olan mehriban münasibətinə hər dəfə, həqiqətən, təəccüblənirəm. Sadəcə olaraq, həyatda bizim bəxtimiz çox gətirmişdir.

Doğrudan da bizim bəxtimiz gətirib ki, Heydər Əlirzaoğlu var. O deyir ki, biz dost olmuşuq, dostuq. Doğrusu, belə bir insanla dostluğa ümid etmirdim. Mən onların evində olanda, mərhum Zərifə xanım həmişə deyirdi ki, indi ata gələcək. Biz Heydər Əlirzaoğluna daha çox ata deyirdik. Yəqin ki, indi bu yaşımda ona dost deyə bilərəm.

Heydər Əlirzaoğlu, çox sağ olun. Bizə belə münasibət bəslədiyinizə görə Sizə çox-çox təşəkkür edirəm. Bütün bunları təşkil etdiyinizə görə çox sağ olun. Mən hətta bunu necə adlandırmağa da söz tapa bilmirəm – bu, əsl bayramdır. Bu, mənimlə Tamaranın xoşbəxt günləridir. Balaca olanda, gənc yaşlarımda heç ağlıma gəlməzdi ki, neçə illərdən sonra doğma respublikamda mənim şərəfimə belə yubiley keçiriləcəkdir.

Çox sağ olun, Heydər Əlirzaoğlu. Biz Sizə cansağlığı, gürahlıq arzulamaq istəyirik. Allah Sizə, ailənizə cansağlığı versin. Sizin gözəl övladlarınız, nəvələriniz var. Buna görə də Sizə səadət diləyirik, arzu edirik ki, mənim 65 illik yubileyimdə də beləcə bir yerdə oturaq.

Çox sağ olun.

X X X

Sonra SSRİ xalq artisti Tamara Sinyavskaya çıxış etdi.

 

TAMARA SİNYAVSKAYANIN ÇIXIŞI

- Heydər Əlirzaoğlu çox güclü cazibə qüvvəsinə, xarizmaya malik insandır. Zənnimcə, Allah bu insanı lider olmaq üçün yaratmışdır. O, Prezidentdir, özü də bu sözün çox yüksək mənasında Prezidentdir. O, bir kişi kimi güclü cazibə qüvvəsinə malikdir. Mən təkcə öz adımdan danışmıram, bunu Böyük Teatrın bütün qadınları adından demək istəyirəm. 1982-ci ildə biz buraya qastrola gəldikdə, bütün qadınlar Heydər Əlirzaoğluna vurulmuşdular. Burada o, Böyük Teatr üçün, az qala, cənnət həyatı düzəltmişdi. Bunu indiyədək xatırlayırlar. Heydər Əlirzaoğlu, kimsə məmnunluqla, kimsə heyranlıqla, kimsə məhəbbətlə xatırlayır. Mən bu məhəbbəti Sizə yetirirəm.

X x X

Azərbaycan Prezidenti Heydər Əliyev ziyafət zamanı respublikamızın mədəniyyət xadimlərini və MDB ölkələrindən böyük müğənninin yubileyinə gəlmiş qonaqları da səmimiyyətlə, ürəkdən salamladı.

Sonra bayram konserti oldu.

Axırda dövlətimizin başçısı yubiley tədbirlərində çəkilmiş fotoşəkillər albomunu Müslüm Maqomayevə hədiyyə etdi.

Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, digər rəsmi şəxslər rəsmi qəbulda iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək