REGİONLAR
GÖYÇAYDA TAXIL BİÇİNİ KAMPANİYASI UĞURLA DAVAM EDİR
Göyçay taxılçıları bu il 16 min 176 hektar sahədə bol məhsul yetişdirmişlər. Hazırda rayonun bütün təsərrüfatlarında taxıl yığımı müvəffəqiyyətlə davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hər gün zəmilərə orta hesabla 50-55 kombayn, 60-dan çox yük avtomobili və yedəkli traktor çıxarılır. Biçində 5 yeni kombayn işləyir ki, bunun 4-ü təzə yaradılmış aqrolizinqə məxsusdur.
Hələlik arpa zəmiləri biçilir. Orta məhsuldarlıq 25,8 sentner təşkil edir ki, bu da keçən ilin müvafiq göstəricisindən çoxdur.
Mütəxəssislərin qənaətinə görə, cari ildə zəmilərdən 42 min tonadək taxıl gözlənilir. Bu, inişilkindən 700-800 ton artıqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]