İQTİSADİYYAT
“GÖYÇAY AQROTEXSERVİS” ASC FERMERLƏRİN YAXIN KÖMƏKÇİSİNƏ ÇEVRİLİB
“Göyçay Aqrotexservis” müəssisəsi, bu il yanvar ayında özəlləşdirilərək açıq səhmdar cəmiyyət kimi fəaliyyətə başlamışdır. Qısa müddətdə xeyli texnika, o cümlədən 4 tırtıllı, 16 şinli traktoru, kotan və s. sazlanaraq işlək vəziyyətə gətirilmişdir. Hazırda cəmiyyətdə çalışan mexanizatorlar texnikanın köməyi ilə bölgədə yaz əkin kampaniyasında fəal iştirak edirlər.
Səhmdar cəmiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son 2 ayda onların qüvvəsi ilə yüzlərlə hektar sahədə şum çıxarılmış, malalama işləri aparılmışdır. Sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün sexlərə yüksək ixtisaslı işçilər qəbul edilmiş və ASC-də işləyənlərin sayı 86 nəfərə çatmışdır.
Hazırda yeni texnikanın alınması, xüsusi briqadaların yaradılması və bölgənin ayrı-ayrı ərazilərində onların işinin təşkili üçün tədbirlər görülür.