GÖYÇAY ÇAYINDA BETON BƏND TİKİLİR
Bu bənd Göyçay şəhərini sel sularından mühafizə məqsədi ilə inşa edilir. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tikinti işlərinə keçən il başlanmışdır. İl ərzində 1000 metr uzunluğunda beton bənd çəkilmişdir. Bu isə çayın sahil boyunca təhlükə altında olan yüzlərlə şəhər sakininin problemlərini birdəfəlik həll etmişdir.
Beton bəndin çəkilişi bu il də davam etdiriləcək, Asiya İnkişaf Bankının ayırdığı kredit hesabına daha 1000 metr uzunluğunda bənd tikiləcəkdir.