DÜNYA


“GO Keyboard” klaviatura proqramı 200 milyon istifadəçini izləyir

Bakı, 25 sentyabr, AZƏRTAC

“Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün populyar klaviatura proqramlarından biri olan “GO Keyboard” istifadəçiləri izləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə reklam elanlarını bloklayan “AdGuard” şirkəti məlumat yayıb. Məlumata görə, “GO Keyboard” mobil proqramı “Google” elektron poçtu, ekranın ölçüsü, “Android” sisteminin versiyası və qurğunun modeli haqda informasiyanı serverə göndərir. İstifadəçilər klaviaturanın köməyilə parol, ünvan, telefon nömrələri və başqa vacib məlumatlar daxil etdiyinə görə istehsalçılar bu informasiyanı toplaya bilərlər.

"Biz kredit kartı haqda informasiya daxil olmaqla heç vaxt sizin fərdi informasiyanızı toplamayacağıq. Biz sizin məxfiliyinizi qoruyuruq”, – deyə “GO Keyboard” proqramının yaradıcıları bildiriblər.

Mütəxəssislər artıq bu barədə “Google” şirkətinə məlumat veriblər. İndi axtarış nəhəngi “GO Keyboard” proqramı ilə bağlı öz qərarını nəzərdən keçirir. Reklam bloklayan şirkət istifadəçilərə öz qurğularından “GO Keyboard-Emoji keyboard”, “Swipe input”, “GIFs” və “GO Keyboard-Emoticon keyboard”, “Free Theme”, “GIF” proqramlarını silməyi tövsiyə edib, çünki onlar fərdi informasiyanı Çində yerləşən serverə göndərə bilər. Bu məlumatlar onlarla reklam şəbəkəsi və kənar resurslara ötürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.