İDMAN
GP2 seriyası üzrə keçiriləcək yarışın start xəttində pilotların düzülüşü müəyyənləşib [YENİLƏNİB]
Bakı, 17 iyun, AZƏRTAC
GP2 seriyası üzrə sıralama yarışlarına yekun vurulub. Bu seriya üzrə iyunun 18-də keçiriləcək birinci yarışın start xəttində pilotların düzülüşü müəyyənləşib.
Sabahkı yürüşdə pilotlar öz bolidləri ilə aşağıdakı sıralama üzrə düzüləcəklər:
1. Antonio Covinatsi (“Prema Racing”)
2. Nobuxara Matsişuta (“ART Grand Prix”)
3. Sergey Sirotkin (“ART Grand Prix”)
4. Rafael Marçello (“Russian Time”)
5. Luka Qyotto (“Trident”)
6. Olivyer Roulend (“MP Motorsport”)
7. Marvin Kirkqover (“Karlin”)
8. Pyer Qasli (“Prema Racing”)
9. Norman Nato (“Racing Engineering”)
10. Serxio Kanamasas (“Karlin”)
11. Cordan Kinq (“Racing Engineering”)
12. Artyom Markelov (“Russian Time”)
13. Aleks Linn (DAMS)
14. Nikolya Latifi (DAMS)
15. Mitç Evans (“Pertamina Campos Racing”)
16. Artur Pik (“Rapax”)
17. Daniel de Yonq (“MP Motorsport”)
18. Cimmi Eriksson (“Arden International”)
19. Qustav Malya (“Rapax”)
20. Şon Gelael (“Pertamina Campos Racing”)
21. Nabil Jefri (“Arden International”)
22. Filo Pas Armand (“Trident”).
Qeyd edək ki, GP2 seriyası üzrə birinci yarış iyunun 18-də saat 12:00-da start götürəcək.
X X X
İyunun 17-də Formula-1 üzrə birinci test yürüşündən sonra Avropa Qran-prisinə dəstək olaraq keçirilən GP2 seriyası üzrə sıralama turuna start verilib.
AZƏRTAC xəbər verir ki, 30 dəqiqəlik sıralama turundan sonra nəticədən asılı olaraq, iyunun 18-də keçiriləcək ilk yarışın start düzülüşü müəyyənləşəcək (yarış 60 dəqiqə və ya 170 kilometr təşkil edir).
GP2 seriyası üzrə birinci yarışın nəticələrinə əsasən, sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanacaqlar.