MƏDƏNİYYƏT
G.Şaroyev adına 35 nömrəli onbirillik uşaq musiqi məktəbinin bir qrup işçisi mükafatlandırılıb
Bakı, 29 may, AZƏRTAC
Bu il fəaliyyətə başlamasının 80 illik yubileyi qeyd edilən Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik uşaq musiqi məktəbi Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına layiq görülüb və məktəbin bir qrup işçisi mükafatlandırılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu tədris müəssisəsi 1935-ci ildə Bakı Dairəvi Zabitlər Evinin nəzdində fəaliyyətə başlayıb. 1987-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin tabeliyinə keçib və G.Şaroyev adına 35 nömrəli onbirillik uşaq musiqi məktəbi kimi fəaliyyətini davam etdirib.
Hazırda məktəbdə 23 ixtisas üzrə 400-dək şagird təhsil alır, 100-dən çox müəllim çalışır. Məktəb gənc nəslin bədii-estetik tərbiyəsi, istedadlı uşaqların üzə çıxarılması və inkişaf etdirilməsi sahəsində səmərəli fəaliyyət göstərir. Məktəbin dörd şagirdi Prezident təqaüdçüsüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]