DÜNYA


GTT 115 superyaxtası suya buraxılıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Monakonun "Dynamiq" tərsanəsi GTT 115 (Grand Turismo Transatlantic) superyaxtasını suya buraxıb.

AZƏRTAC "Superyacht Times"a istinadla xəbər verir ki, yaxta "Dynamiq" tərsanəsinin rəhbəri, rusiyalı iş adamı və dizayner Sergey Dobroserdovun ideyası əsasında Almaniyanın "Studio F.A. Porsche firması tərəfindən hazırlanıb. Yaxtanın maksimal sürəti 21 düyün (saatda 39 kilometr), korpusunun uzunluğu 35 metr, qiyməti 13,5 milyon avrodan başlayır. Gəmi altı nəfərdən ibarət ekipaj üçün nəzərdə tutulub.

GTT 115 dünyada yeganə yaxtadır ki, yanacaq sərfini azaldan və dayanıqlılığı yaxşılaşdırmağa imkan verən Hollandiyanın "Van Oossanen" şirkətinin "Hull Vane" sualtı qanadı ilə təchiz olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.