SİYASƏT


GUAM 2021-ci ildəki prioritet fəaliyyətini açıqlayıb

Kiyev, 18 yanvar, AZƏRTAC

GUAM 2021-ci ildəki prioritet fəaliyyətini açıqlayıb.

Təşkilatın Milli Əlaqələndiricilər Şurasından AZƏRTAC-a bildiriblər ki, bu il GUAM xarici tərəfdaşlar və beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirəcək. Artıq GUAM ilə İsrail dövləti arasında əməkdaşlıq sazişi tam razılaşdırılıb, yaxın vaxtlarda sənədin imzalanması nəzərdə tutulub.

Eyni zamanda, yaxın gələcəkdə GUAM və Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı arasında əməkdaşlıq memorandumunun imzalanması planlaşdırılıb.

Məlumata görə, 2021-ci ildə GUAM ölkələri arasında rəqəmsal ticarət mərkəzinin yaradılması planı da var. Bu layihə üzərində iş gedir, artıq GUAM İnternet Platformasının yaradılması üçün baza doldurulur.

Qeyd edək ki, bu il GUAM-a sədrlik Gürcüstana keçib. 2020-ci ildə Azərbaycanın təşkilata sədrliyi dövründə 30-dan artıq görüş keçirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.