SİYASƏT


GUAM Ermənistanın Azərbaycan şəhərlərini raket atəşinə tutmasını kəskin şəkildə qınayıb

Kiyev, 29 oktyabr, AZƏRTAC

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə və Tərtər rayonlarının raket atəşinə tutulmasını pisləyən bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, GUAM-ın “Twitter” səhifəsində yerləşdirilən bəyanatda çoxsaylı insan tələfatı ilə nəticələnən Ermənistanın raket hücumu kəskin şəkildə qınanılıb.

Bəyanatda deyilir: “Ermənistanın oktyabrın 27-28-də Azərbaycanın Bərdə və Tərtər rayonlarında mülki infrastrukturu raket atəşinə tutmasını qınayırıq. Bu hücumlar cəbhə bölgəsindən uzaqda yerləşən ərazilərdə çox sayda dinc insanın həlak olmasına və yaralanmasına səbəb olub. Onların arasında uşaq, qadın və yaşlı insanlar da var. Eyni zamanda, çox sayda mülki obyekt dağıdılıb. Ermənistanın dinc əhaliyə qarşı istifadə etdiyi ballistik raketlər və kasetli bombalar beynəlxalq hüquq tərəfindən qadağan olunub. Bu bəyanatla Ermənistan silahlı qüvvələrinin belə cinayət əməllərini pisləyirik. Beynəlxalq ictimaiyyət səmərəli mexanizmdən istifadə edərək Ermənistanı Azərbaycana qarşı müharibə cinayətləri törətməsinin qarşısını almalıdır”.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.