SİYASƏT
GUAM XİN-in rəsmiləri Kiyevə toplaşır
Kiyev, 19 noyabr, AZƏRTAC
Noyabrın 20-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 51-ci iclası keçiriləcək.
GUAM-ın Milli Əlaqələndiricilər Şurasından AZƏRTAC-a bildiriblər ki, iclasdan əvvəl noyabrın 19-da quruma üzv ölkələrin ekspertləri səviyyəsində müzakirələr aparılıb. İclasda GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunacaq.
Noyabrın 20-də isə GUAM-a üzv ölkələrin Xarici İşlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı keçiriləcək. Toplantıda Azərbaycanı Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.
İclasın sonunda protokol imzalanacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev