SİYASƏT
GUAM Xarici İşlər nazirləri Bratislavada görüşəcəklər
Kiyev, 21 noyabr, AZƏRTAC
GUAM-a üzv ölkələrin Xarici İşlər nazirləri dekabrın 5-6-da Bratislavada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində növbəti dəfə görüşəcəklər. Bu barədə AZƏRTAC-a GUAM-ın Milli Əlaqələndiricilər Şurasından məlumat verilib.
İclasda GUAM formatında qarşılıqlı siyasi fəaliyyət, parlamentlərarası əməkdaşlığa dair kompleks tədbirlər, əlaqələrin inkişaf etdirilməsi, eləcə də digər tərəfdaş ölkələrlə münasibətlər və s. məsələlər müzakirə olunacaq.
Bundan başqa, GUAM-ın digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]