Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“GUAM – DEMOKRATİYA VƏ İQTİSADİ İNKİŞAF NAMİNƏ TƏŞKİLATIN İMTİYAZLARI VƏ İMMUNİTETLƏRİ HAQQINDA” SAZİŞİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 2007-ci il iyunun 19-da Bakı şəhərində GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın 2-ci Zirvə Toplantısında imzalanmış “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın imtiyazları və immunitetləri haqqında” Saziş təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin