GUAM-ın Kiyevdəki mənzil-qərargahında kriminalist ekspertlərin profil iclası keçirilib
AzerTAg.az

Kiyev, 31 oktyabr, Zeynal Ağazadə, AZƏRTAC
Oktyabrın 30-31-də Ukraynanın paytaxtında GUAM Katibliyinin binasında təşkilata üzv ölkələrin axtarışda olan və operativ maraq doğuran şəxslər haqqında avtomatlaşdırılmış məlumat bankının yaradılması məsələsi üzrə ekspertlərinin işçi görüşünün 2-ci iclası keçirilib. Bu barədə AZƏRTAC-a GUAM-ın Kiyevdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat veriblər.
Görüşdə təşkilata üzv olan bütün dövlətlərin nümayəndə heyətləri, habelə Kriminalistlərin hazırlanmasına kömək göstərilməsi üzrə Beynəlxalq Proqramın (ICITAP) nümayəndəsi iştirak ediblər.
Nümayəndə heyətləri GUAM-ın iştirakçısı olan dövlətlərdə axtarış fəaliyyətinin milli və beynəlxalq səviyyələrdə təşkili barədə informasiya mübadiləsi keçirib, xüsusən avtomatlaşdırılmış məlumat bankı konsepsiyasını müzakirə ediblər. İştirakçılar qeyd edilən bankın yaradılması üçün lazım olan müvafiq sorğu toplusu hazırlayıblar.
Növbəti profil iclası 2015-ci ilin mart ayında keçiriləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Xəbərin mətnində orfoqrafik səhv var