Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

GUAM-ın baş katibi Altay Əfəndiyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM adından və şəxsən öz adımdan təbrik edirəm.

GUAM-ın müşahidə missiyasının üzvü qismində Bakı, Sumqayıt şəhərlərində və ətraf qəsəbələrdəki seçki məntəqələrində olarkən seçicilərin yüksək fəallığına, seçki prosesinin qüsursuz təşkilinə və ölkə vətəndaşlarının öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradıldığına şahid oldum.

Sizin inamlı qələbəniz ölkənin inkişafına və xalqın rifahının yüksəlməsinə yönəlmiş siyasi xəttinizə Azərbaycan xalqının böyük etimadının göstəricisidir.

Sizin rəhbərliyiniz ilə Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edərək beynəlxalq arenada mühüm tərəfdaşa, sabitliyin və məhsuldar əməkdaşlığın önəmli amilinə çevrilmişdir.

Qurucularından biri dahi Heydər Əliyevin olduğu Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM çərçivəsində regional əməkdaşlığın inkişafında Azərbaycanın yerini və rolunu, Sizin şəxsi töhfənizi biz yüksək dəyərləndiririk.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, güclü, müstəqil, inkişaf etmiş və demokratik Azərbaycanın tərəqqisi yolunda Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram. Ümidvaram ki, regionda sülh, sabitlik, dost ölkələrimizin və xalqlarımızın tərəqqisi və rifahı naminə GUAM çərçivəsində sıx qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Dərin hörmətlə,

 

Altay Əfəndiyev

GUAM-ın baş katibi.

Ukrayna, Kiyev şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin