İDMAN


GÜLƏŞÇİLƏRİMİZ BEYNƏLXALQ TURNİRDƏ İKİNCİ YER TUTMUŞLAR

AZƏRTAC xəbər verir ki, yeniyetmə və gənclər arasında yunan-Roma güləşi üzrə Sankt-Peterburqda keçirilən beynəlxalq turnirə yekun vurulmuşdur. Ukrayna, Belarus, Latviya və Rusiyanın regionlarından 12 komandanın 150-yə yaxın idmançısının mübarizə apardığı bu mötəbər turnirdə Azərbaycanı “Lokomotiv” idman klubunun yetirmələri təmsil etmişlər.

Klubun direktoru, baş məşqçi Mürsəl Qafarovun rəhbərlik etdiyi 8 güləşçidən 6-sı mükafatçılar sırasında yer almışdır. Yeniyetmələrdən Orxan Cabbarlı (53 kq) və gənclərdən Murad Hüseynov (55 kq) bütün rəqiblərini məğlub edərək turnirin qızıl medallarını qazanmışlar. Yeniyetmələr arasında Fərhad Aydınlı (42 kq), Fərid Ağaverdiyev (55 kq), Zaur İslamzadə (70 kq) və Nurlan Rəsulov (80 kq) bürünc medallara sahib olmuşlar. Komandamız ümumi hesabda ikinci yerə çıxmışdır. Sankt-Peterburq güləşçiləri birinci, Moskva pəhləvanları üçüncü yer tutmuşlar.

Hakimimiz Atil Hüseynov da yarışları idarə edənlər arasında olmuşdur. “Lokomotiv” İK-nın güləşçiləri məktəblilərin 2006-cı il yanvarın sonunda Moskvada keçiriləcək beynəlxalq turnirinə hazırlaşacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.