İDMAN


GÜLƏŞÇİLƏRİMİZ BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏKLƏR

Azərbaycanın sərbəst güləş üzrə yığma komandası iyunun 10-12-də Leypsiqdə (AFR) keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəkdir. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ölkəmizi yarışlarda Namiq Abdullayev (55 kq), Arif Abdullayev (60 kq), Elman Əsgərov (66 kq) və Elnur Aslanov (74 kq) təmsil edəcəklər. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi bu turnirə qarşıdakı Olimpiya oyunlarına hazırlıq mərhələsi kimi baxır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.