İDMAN
GÜLƏŞÇİMİZ AVROPA ÇEMPİONATININ BÜRÜNC MEDALINI QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Moskvanın “Lujniki” İdman Kompleksində yunan-Roma güləşi üzrə Avropa çempionatının ilk günü, aprelin 27-də idmançılar üç çəki dərəcəsində yarışmışlar. Azərbaycan çempionu, ilk dəfə beynəlxalq yarışda iştirak edən Fuad Əliyev (60 kq) 3-cü yer uğrunda mübarizədə Ukrayna idmançısına qalib gələrək bürünc medal qazanmışdır. Elvin Mürsəliyev (74 kq) və Aydın Səfərov (96 kq) isə yarışların ilkin mərhələsində mübarizələrini dayandırmalı olmuşlar.
Aprelin 28-də daha iki güləşçimiz gücünü sınayacaqdır. Məşqçilər Aslan Ağayev gənclərin dünya birinciliyinin qalibi Rövşən Bayramova (55 kq) və hərbçilər arasında dünya çempionu, gənclər arasında Avropa çempionatının qızıl medalçısı Elbrus Məmmədova (74 kq) böyük ümid bəsləyirlər.
Aprelin 29-30-da isə sərbəst güləş üzrə qitə çempionatı keçiriləcəkdir. Bu yarışda ölkəmizi Namiq Abdullayev (55 kq), Vüsal Əliyev (60 kq), Emin Əzizov (66 kq), Elnur Aslanov (74 kq), Eldar Atakişiyev (96 kq) və Xızır Durqayev (120 kq) təmsil edəcəklər.