İDMAN


GÜLLƏ ATICILIĞI ÜZRƏ BAKI BİRİNCİLİYİNƏ YEKUN VURULMUŞDUR

AZƏRTAC xəbər verir ki, “Neftçi” İdman Sağlamlıq Mərkəzinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tirlərində güllə atıcılığı üzrə Bakı birinciliyinə yekun vurulmuşdur. 10 metr məsafəyə pnevmatik və 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışlarının nəticələrinə görə, Nigar Bağırova qızlar, Ruslan Lunyov isə oğlanlar arasında birinci yer tutmuşlar.

Oğlan və qızların pnevmatik tüfəngdən atəşaçma yarışlarında isə Mehriban Məcidova və Hüseyn Hüseynbəyli daha yaxşı nəticə göstərmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.