İQTİSADİYYAT
“GÜNƏŞLİ”DƏ YENİ NEFT QUYUSU İSTİSMARA VERİLƏCƏKDİR
“Bayıl limanı” Dəniz Kəşfiyyat Qazması İdarəsi “Günəşli” yatağında yerləşən 14-cü özüldəki 411 nömrəli neft quyusunda qazma işlərini başa çatdırmışdır. Yüksək hasilata malik bu quyu yaxın günlərdə istismara veriləcəkdir.
İdarənin baş mühəndisi Rəfail Dadaşov AZƏRTAC-ın müxbirinə demişdir ki, eyni vaxtda 8-ci, 15-ci və 19-cu özüllərdə qazma işləri görülür. 3500 metrdən 4200 metrədək layihə dərinliyi olan 72, 236 və 238 nömrəli quyularda qazma cədvəl üzrə aparılır. Dənizin şıltaqlığına baxmayaraq, qazmaçılar boşdayanmalara yol verməmişlər. İdarə hər üç quyunu 2004-cü ilin sonuna qədər neftçilərə təhvil verməyi planlaşdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:00]
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
- 25.04.2024 [13:34]
Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb
- 25.04.2024 [13:16]
Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb
- 25.04.2024 [12:04]
Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub
- 25.04.2024 [11:40]