İQTİSADİYYAT
GÜNDƏLİK NEFT HASİLATI 19 MİN TONA ÇATDIRILMIŞDIR
Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, “Çıraq-1” platformasında gündəlik neft hasilatı 19 min tona çatdırılmış, “Azəri” yatağının Mərkəzi, Qərb və Şərq hissələrinin işlənilməsi üçün nəzərdə tutulan platformaların inşası sürətləndirilmiş və 2004-cü ilin sonundan başlayaraq ardıcıllıqla istifadəyə veriləcəkdir.
“Mərkəzi Azəri” platformasında 2005-ci ilin yanvarında, “Qərbi Azəri”də 2006-cı ilin aprelində, “Şərqi Azəri”də 2007-ci ilin fevralında, “Günəşli” yatağının dərin platformasında isə 2008-ci ilin iyulunda neft hasil olunacaqdır ki, bu da 2009-cü ildə yalnız bu yataqlardan neft hasilatının həcmini gündə bir milyon barrelə, yəni ildə 50 milyon tona çatdıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:00]
Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib
- 25.04.2024 [19:38]
® “Bakcell” ilə innovasiya dövrü başlayır!
- 25.04.2024 [19:18]
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
- 25.04.2024 [18:40]