SİYASƏT


GUÖAM DÖVLƏTLƏRİ ARASINDA İMZALANMIŞ SAZİŞLƏRAZƏRBAYCANIN MİLLİ MARAQLARINA XİDMƏT EDİR

Mayın 17-də Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, iclasda “Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli cinayətlərlə mübarizə üzrə GUÖAM-ın Virtual Mərkəzinin və Dövlətlərarası İnformasiya-Təhlil Sisteminin (DİTS) yaradılması haqqında”, “GUÖAM iştirakçısı olan dövlətlərin hökumətləri arasında fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” sazişlərin layihələri və digər məsələlər müzakirə olunmuşdur.

Milli Məclis sədrinin müavini, komissiyanın sədri Ziyafət Əsgərov demişdir ki, terrorizmə dair sənədi imzalayan tərəflər terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılmasına qarşı birgə mübarizə aparmağı öhdəliyə götürüblər.

Yeni yaradılacaq Virtual Mərkəz məlumat məkanının idarə edilməsi və hüquq-mühafizə sistemi üzrə vahid məlumat bankının yaradılması üçün milli mərkəzlərin mühafizə olunan kommunikasiya vasitələri əsasında mövcud olan qurumdur.

Digər sənəddə fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıqdan, bu istiqamətdə işi tənzimləmək üçün Milli Əlaqələndirmə mərkəzlərinin yaradılmasından bəhs edilir.

Müzakirələrin sonunda hər iki sənədin Azərbaycanın milli maraqlarına xidmət etdiyi vurğulanmış və layihələrini Milli Məclisin müzakirəsinə çıxarmaq qərara alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.