SİYASƏT
GUÖAM-IN SAMMİTİ İYUNDA BATUMİDƏ OLACAQDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyun ayında Batumidə GUÖAM-ın sammiti olacaqdır. Bunu Prezident M.Saakaşvili Tbilisidə brifinqdəki çıxışında bildirmişdir. O demişdir: “Gürcüstan tarixində ilk dəfədir ki, ölkə ərazisində belə bir mötəbər sammit keçiriləcəkdir. Ukrayna Prezidenti L.Kuçma və Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak etməyə artıq razılıq vermişlər. İndi Özbəkistanla danışıqlar aparılır”. M.Saakaşvili sammitin Batumidə keçirilməsini diqqətəlayiq hal hesab etmişdir. “İndi bu şəhər təkcə turizm və istirahət üçün böyük əhəmiyyət kəsb edən yer deyil, həm də beynəlxalq forumların keçiriləcəyi bir yer olacaqdır”.