SİYASƏT


GUÖAM-ın PARLAMENT ASSAMBLEYASI YARADILIR

Məlum olduğu kimi, Milli Məclisin sədri Murtuz Ələsgərovun ötən il dekabrın 1-4-də Ukraynaya rəsmi səfəri zamanı GUÖAM-ın yaradılmaqda olan Parlament Assambıeyasının iqamətgahını onun təklifi ilə Kiyevdə yerləşdirmək qərara alınmışdır. 

Martın 4-5-də Ukrayna Xarici İşlər Nazirliyində GUÖAM-ın Parlament Assambleyasının yaradılması üzrə ekspert qrupunun iclası keçirilmişdir. Bundan əvvəl Ukrayna XİN baş katibinin müavini A.Motsik GUÖAM ölkələrinin səfirləri ilə görüşmüşdür. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev görüşdəki çıxışında əmin olduğunu bildirmişdir ki, GUÖAM PA-nın yaradılması bu perspektivli təşkilatın inkişafına və möhkəmlənməsinə təkan verəcəkdir.

İkigünlük danışıqlarda GUÖAM-ın üzvü olan ölkələrin ekspertləri Bəyannamənin və PA-ya daxil olmağın prosedur qaydalarının layihələrini müzakirə etmişlər.

Danışıqlarda ölkəmizi Milli Məclisin beynəlxalq münasibətlər şöbəsinin müdiri Azər Qasımov, qanunvericilik şöbəsi müdirinin müavini Kamran Şəfiyev, habelə respublikamızın Ukraynadakı səfirliyinin nümayəndələri təmsil etmişlər.

Diqqətəlayiq haldır ki, Azərbaycan tərəfinin verdiyi bütün təkliflər layihələrə daxil olunmuşdur.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.