ELM VƏ TƏHSİL


GÜRCÜSTANDA CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNİN TƏHSİL MÖVZUSUNDA SƏRGİSİ KEÇİRİLƏCƏK

AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 25-dən oktyabrın 5-dək Tbilisi və Batumidə “Təhsil və karyera – Cənubi Qafqaz 2003” sərgisi keçiriləcəkdir. Bir çox beynəlxalq təşkilatların (BMT, YUNESKO, Avropa Birliyi) və ölkələrin bu tədbirə marağı getdikcə artır.

Beynəlxalq sərgini Rusiya da fəal dəstəkləyir. Dəvət olunanlar arasında xanım Lyudmila Putinanın rəhbərlik etdiyi “Rus dili” ictimai-dövlət fondu da var. Təşkilat Komitəsi Rusiyanın birinci xanımı ilə elektron vasitəsilə yazışmaq üçün öz serverində ayrıca fəxri səhifə açmışdır. Rusiyanın aparıcı ali məktəbləri və digər təhsil mərkəzləri də təmsil olunacaqlar. YUNESKO-nun Moskva Təhsildə İnformasiya Texnologiyaları İnstitutu MDB-nin subregional proqramını təqdim edəcəkdir. Proqrama təhsil sistemlərinin texnoloji təchizatı nəzərdə tutulan yeddi layihə daxildir.

Bundan əlavə, 2004-cü ildə Tbilisi-Batumi və Ankara-İzmir-İstanbul sərgilərini vəhdət halında birləşdirəcək layihə üzərində intensiv iş gedir. “Təhsil və karyera – Cənubi Qafqaz 2003” sərgisinin Təşkilat Komitəsinin sədri David Doborcqinidze bildirmişdir ki, Türkiyənin eyni sərgisi ilə əməkdaşlıq dünya ictimaiyyətinin diqqətini Tbilisi-Batumi sərgisinə cəlb etməyə imkan verəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.