GÜRCÜSTANDA İSTEFALAR
AzerTAg.az
AZƏRTAC-ın Tbilisidən aldığı xəbərdə deyilir ki, noyabrın 24-də Gürcüstan paytaxtının meri Vano Zodelava və ölkənin ən iri liman şəhəri Potinin meri David Kantariya, habelə prezidentin Quriya bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Karlo Qucabidze istefa vermişlər.
Daxili İşlər Nazirliyindəki mənbənin məlumatına görə, DİN-in başçısı Koba Narçemaşvili də istefa vermək niyyətindədir. Lakin Gürcüstan Konstitusiyasına uyğun olaraq, vaxtından əvvəl prezident seçkiləri keçirilənədək dövlət başçısının səlahiyyətlərini yerinə yetirən şəxsin nazirlik və baş idarələrin rəhbərlərini vəzifədən azad etmək hüququ yoxdur, əgər kimsə istefaya çıxsa, onların vəzifələrini müavinləri həyata keçirəcəklər.
Bir gün əvvəl prezidentin İmereti bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Teymuraz Şaşiaşvili də istefa verdiyini bildirmişdir. O demişdir ki, “öz qüvvəsini böyük siyasətdə sınamaq və qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir”.
Tbilisidən alınan xəbərə görə, Gürcüstanın icra hakimiyyətində prezidentdən sonra ikinci yüksək vəzifəli şəxs olan dövlət naziri Avtandil Corbenadze də istefa vermək qərarına gəlmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var