DÜNYA


GÜRCÜSTANDA NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİNDƏ MİXAİL SAAKAŞVİLİ 96,27 FAİZ SƏS TOPLAYARAQ PREZİDENT SEÇİLMİŞDİR

Gürcüstanın Mərkəzi Seçki Komissiyası yanvarın 15-də ayın 4-də keçirilmiş növbədənkənar seçkilərin yekunlarını təsdiqləmiş və rəsmi olaraq Mixali Saakaşvilini Gürcüstan prezidenti elan etmişdi.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, MSK-nın yekun protokolunda seçkilərdə 2.231.986 seçicidən 1.963.556 nəfərin iştirak etdiyi göstərilir.

Prezidentliyə namizədlər arasında Mixail Saakaşvilinin 96,27 faiz, Teymuraz Şaşiaşvilinin 1,85 faiz, Roin Lipartelianenin 0,85 faiz, Kartlos Qaribaşvilinin 0,21 faiz və Zaza Sixarulidzenin 0,24 faiz səs qazandıqları bildirilir.

MSK-nın yekun protokolunun təsdiqi zamanı Leyboristlər (Əmək) Partiyasının nümayəndəsi Badri Niaui etiraz əlaməti olaraq yığıncağı tərk etmiş və protokola imza atmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.