GÜRCÜSTANDA SEÇİCİLƏRİN İLKİN QEYDİYYATI MÜDDƏTİ UZADILMIŞDIR
AzerTAg.az
AZƏRTAC-ın müxbiri Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinə istinadla Tbilisidən xəbər verir ki, komissiya seçicilərin siyahılarının dəqiqləşdirilməsi və nöqsanların minimumadək azaldılması üçün seçicilərin ilkin qeydiyyatı müddətini dekabrın 27-dək uzatmışdır.
Yanvarın 4-də vaxtından əvvəl prezident seçkilərində iştirak etmək istəyən seçki yaşlı bütün vətəndaşlar öz seçki məntəqələrində ilkin qeydiyyatdan keçməlidir.
Dekabrın 20-də Acarıstan Muxtar Respublikasının başçısı Aslan Abaşidze Batumidə mətbuat konfransında bildirmişdir ki, seçicilərin ilkin qeydiyyatdan keçməsi seçkilər haqqında qanunda nəzərdə tutulmayıb və bu, qanunvericiliyin pozulması deməkdir.
Xəbərin mətnində orfoqrafik səhv var