DÜNYA


GÜRCÜSTANDA “TƏLİM VƏ TƏCHİZAT” MÜDDƏTSİZ DAVAM ETDİRİLƏCƏK

Mayda başa çatan “Təlim və təchizat” adlı Gürcüstan-ABŞ ikillik hərbi proqramı müddətsiz olaraq davam etdiriləcəkdir. AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Riçard Mayls bu proqramın sonuncu, dördüncü mərhələsinin başlanması ilə əlaqədar Marneuli rayonu yaxınlığındakı Yağlıca hərbi poliqonunda keçirilən mərasimdə açıqlamışdır.

Səfir demişdir ki, 64 milyon dollara başa gələn “Təlim və təchizat” proqramı yazda sona çatdırıldıqdan dərhal sonra yeni maliyyə yardımı ilə təzə proqram həyata keçirilməyə başlanacaqdır. Onun sözlərinə görə, “bu proqram Gürcüstan Müdafiə Nazirliyinin artıq təlim keçmiş dörd batalyonunun hərbi hazırlığını təkmilləşdirməyə, zirehli avtomobil və tank batalyonu ilə hazırlıq keçilməsinə yönəldiləcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.