DÜNYA
GÜRCÜSTANIN DİN XADİMLƏRİ DİNİ MÖVZUDA KARİKATURALARA ETİRAZ EDİRLƏR
Gürcüstan Patriarxiyası yanında fəaliyyət göstərən dini təşkilatların Əlaqələndirmə Mərkəzinin üzvləri Avropa qəzetlərində Məhəmməd Peyğəmbərə karikaturaların dərc edilməsini pisləyən bəyanat vermişlər. Bəyanatın AZƏRTAC-a daxil olan mətnində deyilir: “Biz, Gürcüstanda fəaliyyət göstərən müxtəlif dini təşkilatların nümayəndələri, Avropa mətbuatında dini mövzuda karikaturaların dərci ilə əlaqədar baş verən hadisələri diqqətlə izləyir və bununla bağlı narahatlıq keçirdiyimizi və kədərləndiyimizi bildiririk”.
Sənəddə vurğulanır ki, mətbuat azadlığı və din azadlığı demokratiyanın qazandığı uğurlardır, lakin bu iki dəyəri tərəzinin müxtəlif gözlərinə qoymaq və birinin xeyrinə digərinə etinasızlıq göstərmək olmaz. Bəyanat müəllifləri KİV nümayəndələrini dini mövzuya hörmətlə yanaşmağa, dindar müsəlmanları isə zorakılığı ədalətli etirazın ifadə forması kimi seçməməyə çağırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]