GÜRCÜSTANIN NAZİRLƏR KABİNETİNDƏ STRUKTUR DƏYİŞİKLİKLƏRİ EDİLƏCƏKDİR
AzerTAg.az
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gürcüstanın Baş naziri Zurab Jvaniya jurnalistlərə bildirmişdir ki, İnfrastruktur Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birləşdirilməsi planlaşdırılır. Z.Jvaniya sabiq iqtisadiyyat naziri İrakli Rexviaşviliyə təşəkkür etmiş və onun Dövlət Dəftərxanası yanında İnkişaf və İslahatlar Departamentinin rəhbəri vəzifəsini tutacağını diqqətə çatdırmışdır.
Gürcüstan parlamenti Hüquq Məsələləri Komitəsinin sədri Levan Bejaşvilinin dediyinə görə, ölkənin Baş naziri Kabinetin yeni tərkibini parlamentə yenidən təqdim etməli olacaqdır. Çünki qanuna görə, Nazirlər Kabineti tərkibinin beşdə bir hissəsi dəyişildikdə, Baş nazir etimadın bərpa olunması üçün hökumətin yeni tərkibini təqdim etməyə borcludur.
Xəbərin mətnində orfoqrafik səhv var