Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

GÜRCÜSTANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EDUARD ŞEVARDNADZEYƏ

Hörmətli Eduard Amvrosiyeviç,

Gürcüstanın milli bayramı – Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi, bütün Gürcüstan xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstan arasında tarix boyu möhkəm dostluq, əməkdaşlıq və mehriban qonşuluq münasibətləri mövcud olmuşdur.

Şadam ki, ölkələrimiz arasında bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlər xalqlarımızın rifahı, regionda sülh və tərəqqi naminə hərtərəfli inkişaf edir və möhkəmlənir.

Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin