ELM VƏ TƏHSİL


GÜRCÜSTANIN TƏHSİL VƏ ELM NAZİRİ AZƏRBAYCANDAKI GÜRCÜ MƏKTƏBLƏRİNƏ DİQQƏTİ ARTIRACAĞINI BİLDİRİB

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın təhsil və elm naziri Aleksandr Lomaya Azərbaycandakı gürcü məktəbləri müəllimlərinin peşə hazırlığı proqramının icrasına başlanması ilə əlaqədar mətbuat konfransı keçirmişdir. Nazirin sözlərinə görə, son on beş il ərzində birinci dəfədir ki, belə bir proqram həyata keçirilir. Təlimlər iki mərhələdə - avqustun 19-27-də və dekabrın 1-10-da aparılacaqdır.

A.Lomaya jurnalistlərə bildirmişdir ki, Azərbaycan Respublikasında yaşayan gürcü müəllimlər son on beş il ərzində heç bir ixtisasartırma kursu keçməmişlər. Onlar faktiki olaraq Gürcüstanın məktəblərində həyata keçirilən metodiki və tədris yeniliklərindən xəbərsizdirlər. Bu gündən başlayaraq onlar üçün lazımi şərait yaradılacaq və 400 gürcü müəllimə ən ixtisaslı mütəxəssislər iki həftə ərzində məşğələ keçəcəklər. Sonra nazir bu ilin sentyabrından bir il müddətinə 12 gürcü məktəbinin kitabxanaları üçün “Açıq cəmiyyət-Gürcüstan” Fondunun yardımı ilə dövri mətbuata abunə yazılacağını nəzərə çatdırmış, bundan sonra da həmin məktəblərə diqqət və qayğının artırılacağını vurğulamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.