GÜRCÜSTANLI QAÇQINLAR TBİLİSİDƏKİ “İVERİYA” MEHMANXANASINDAN ÇIXMALIDIRLAR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hələlik adı çəkilməyən xarici sərmayədarlar Tbilisinin “İveriya” mehmanxanasının yenidən qurulmasına maraq göstərdikdən sonra şəhər bələdiyyəsi burada yerləşdirilmiş abxaziyalı qaçqınlarla danışıqlara başlamışdır. Xarici sərmayədarlar buradakı hər bir qaçqın ailəsinə mənzil almaq üçün 7 min ABŞ dolları ödəməyə razılıq vermişdir. İndiyədək “İveriya”da yaşayan 330 ailədən 304-ü müqaviləyə imza atmış və həmin məbləği almışdır. Tbilisi şəhər hökumətinin başçısı Bidzina Breqvadzenin sözlərinə görə, “İveriya”dan çıxmaq istəməyən ailələr müqaviləyə imza atmasalar, onlar üçün ayrılan məbləğ yarıya endiriləcəkdir.
Xatırladaq ki, “İveriya” mehmanxanasına 5 gündür ki, su və elektrik enerjisi verilməsi dayandırılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var