İQTİSADİYYAT


GÜRCÜSTAN HÖKUMƏTİ QAZ ANBARI TİKMƏYİ PLANLAŞDIRIR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan hökuməti yeni qaz anbarı tikməyi planlaşdırır. Baş nazirin birinci müavini Georgi Baramidze demişdir ki, layihənin maliyyələşdirilməsi ilə əlaqədar Küveyt hökuməti ilə danışıqlar aparılır. Anbar ölkənin üç aylıq qaz ehtiyatı üçün nəzərdə tutulmuşdur və gələcəkdə onun özəlləşdiriləcəyi də istisna edilmir. Mərkəzi qaz kəmərinə gəlincə G. Baramidze bildirmişdir ki, bu, strateji əhəmiyyətli obyekt olduğundan onun özəlləşdirilməsi nəzərdə tutulmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.