DÜNYA


GÜRCÜSTAN MƏKTƏBLƏRİNDƏ HƏRBİ HAZIRLIQ DƏRSLƏRİ QADAĞAN EDİLMİŞDİR

AZƏRTAC-ın Tbilisi müxbiri Gürcüstan Təhsil Nazirliyinə istinadla xəbər verir ki, ölkənin orta məktəblərində ibtidai hərbi hazırlıq dərsləri müvəqqəti qadağan edilmişdir. Nazirliyin bu qərarından məqsəd hərbi hazırlıq dərslərində istifadə edilən bütün vasitə və avadanlığın nə dərəcədə təhlükəsiz olduğunu yoxlamaqdır.

Belə bir qərarın qəbul edilməsinə dekabrın 9-da səhər Tbilisi məktəblərindən birində şagirdin əlində qumbara partlaması səbəb olmuşdur. Məktəbli yerindəcə həlak olmuş, daha altı nəfər, o cümlədən müəllim xəsarət almışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.