DÜNYA
GÜRCÜSTAN ORDUSUNDA XİDMƏT MÜDDƏTİ AZALDILACAQDIR
Mərkəzin rəhbəri Nodar Epremidzenin sözlərinə görə, bu qanun layihəsinin təsdiqlənməsi gənclərin icbari hərbi xidmət keçmək istəyini xeyli yüksəldəcək, əmək haqqının artması isə əsgərə lazım olan əşyaları almaq imkanı yaradacaqdır.
Güclü ordunun yaradılması Gürcüstanın yeni iqtidarının başlıca məqsədlərindən biridir. Son vaxtlar dost ölkələrin və donor təşkilatların köməyi ilə Gürcüstanda hərbi qüvvələrin təlimlərinin müntəzəm keçirilməsi üçün maddi-texniki baza yaradılmış, əsgərlərin paltar və ərzaqla təminatında mühüm dəyişikliklər baş vermiş, qazarmalarda məişət şəraiti yaxşılaşdırılmışdır. Orduda hərbi intizam yüksəlmiş, pozuntu halları xeyli azalmış, gənclərin hərbi xidmətə münasibəti yaxşılaşmışdır. Məhz buna görə də Gürcüstan ordusuna cari ilin yaz çağırışı planı 107 faiz ödənilmiş, hərbi xidmətə nəzərdə tutulmuş 6 min 130 nəfər əvəzinə 6 min 577 nəfər gənc gəlmişdir.