DÜNYA


GÜRCÜSTAN PREZİDENTİNİN SEÇKİLƏRİ ACARISTANDA KEÇİRİLƏCƏKMİ?

Gürcüstanın Dövlət naziri Zurab Jvaniya buna, demək olar, əmindir. AZƏRTAC-ın müxbirinin verdiyi xəbərə görə, o, Batumiyə səfərdən qayıtdıqdan sonra, Tbilisidə keçirdiyi mətbuat konfransında bildirmişdir ki, yanvarın 4-də Acarıstan Muxtar Respublikasının ərazisində prezident seçkiləri keçirilməsi məsələsi, əslində, həll edilmişdir.

O demişdir ki, Acarıstan muxtariyyətinin başçısı Aslan Abaşidze ilə şənbə günü apardığı danışıqlarda söhbət təkcə qarşıdakı prezident seçkilərindən deyil, həm də mərkəzi hakimiyyətlə muxtar respublikanın rəhbərliyi arasında normal, sağlam münasibətlərin necə formalaşması və inkişaf etməsi barədə ümumi rəyə gəlməkdən getmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.