GÜRCÜSTAN PREZİDENTİ SXİNVALİ İLƏ MÜNASİBƏTLƏRDƏ DÖZÜMLÜ VƏ ARDICIL OLMAQ NİYYƏTİNDƏDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gürcüstan Prezidenti Mixail Saakaşvili Cənubi Osetiya ilə münasibətlərin tənzimlənməsi məsələsində dözümlü və ardıcıl olmaq niyyətindədir. O, xanımı Sandra Rulofsun oraya buraxılmamasını Osetiya rəhbərliyinin zəifliyi kimi qiymətləndirmişdir.

Gürcüstan dövlətinin başçısı demişdir: “Onlar qadını Sxinvaliyə buraxmadılar. Qadından qorxdular! Bununla da öz zəifliklərini göstərdilər”.

Saakaşvili qeyd etmişdir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı iki ölkə arasında münasibətlərdə özünü heç cür büruzə verməyəcəkdir. Prezident vurğulamışdır ki, “Gürcüstanla Rusiya arasında dövlətlərarası münasibətlər yüksək səviyyədədir. Mən Xarici İşlər Nazirliyinin bu cür bəyanatlar yazan bəzi məmurlarına çox da əhəmiyyət vermirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.