İQTİSADİYYAT


GÜRCÜSTAN PREZİDENTİ TBİLİSİDƏ YENİ HƏBSXANA BİNASININ TİKİNTİSİNƏ GÖSTƏRİŞ VERMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Prezidenti Mixail Saakaşvili ölkə parlamentinin qəbul etdiyi “Mütəşəkkil cinayətkarlıq və reketlə mübarizə haqqında” Qanunu imzalamışdır. Qanun 15 gündən sonra qüvvəyə minəcəkdir.

Prezident demişdir: “Bütün kriminal ünsürlərin ətraf mühitlə əlaqəsi kəsiləcək, həbsxanalarda narkotik vasitələr alverinə son qoyulacaqdır. Bu məqsədlə qəti addımlar atılmalı, Avropa normaları tətbiq olunmalıdır. Biz oğruların göbələk kimi artmasına birdəfəlik və həmişəlik son qoyacağıq”.

M.Saakaşvili əmin olduğunu bildirmişdir ki, qanunun həyata keçirilməsi müsbət nəticələnəcəkdir. O, Tbilisi həbsxanasının insan sağlamlığı və hüquqları baxımından adı tələbələrə cavab vermədiyi üçün paytaxtda beynəlxalq standartlara uyğun üç min yerlik yeni həbsxana binasının gələn il tikilib başa çatdırılması barədə müvafiq qurumlara göstəriş vermişdir.

Xatırladaq ki, Rustavi və Kutaisi şəhərlərində belə həbsxanalar tikilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.