DÜNYA


GÜRCÜSTAN SÜLHMƏRAMLILARI SƏDDAM HÜSEYNİN VƏTƏNİNDƏ YERLƏŞDİRİLMİŞLƏR

AZƏRTAC-ın xüsusi müxbiri Tbilisidən xəbər verir ki, avqustun 3-də İraqa göndərilmiş Gürcüstan sülhməramlıları sabiq prezident Səddam Hüseynin vətənində - Tikrit şəhərində ABŞ-ın mexanikləşdirilmiş diviziyasının batalyonlarından biri ilə eyni mövqedə yerləşdirilmişlər.

Ölkənin Prezidenti yanında baş hərbi müfəttişliyin rəisi general-mayor Georgi İukuridze bildirmişdir ki, İraqdakı gürcü sülməramlıları 34 nəfər xüsusi təyinatlı döyüşçü, 20 hərbi həkim və tibb işçisi, habelə 15 istehkamçıdan ibarətdir. Onlar İraqda 6-8 ay qalacaq, sonra isə əvəz olunacaqlar.

Baş hərbi müfəttişliyin rəisi demişdir ki, Gürcüstan Prezidentinin sərəncamına əsasən, ölkənin hüdudlarından kənarda aparılan əməliyyatlarda iştirak edən bütün hərbi qulluqçular vəzifəsindən və hərbi rütbəsindən asılı olaraq hər ay 600 dollardan 1500 dollaradək əlavə haqq alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.