GÜRCÜ-OSETİN MÜNAQİŞƏSİ ZONASINDA ATIŞMA DAYANDIRILMIŞDIR
AzerTAg.az
Avqustun 19-da Gürcüstan Silahlı Qüvvələri Sxinvali bölgəsində osetinlərin gürcü kəndlərini atəşə tutduğu yüksəklikləri ələ keçirdikdən sonra atışmaya son qoyulmuşdur. Gürcüstan Prezidenti, Ali Baş Komandan Mixail Saakaşvili Gürcüstan ordusunun 50 nəfərədək əsgərinin də daxil olduğu rus və osetinlərdən ibarət sülhməramlıların bölgəyə nəzarətinin təmin edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin və Daxili Qoşunların bölüklərinin buradan çıxarılmasına dair əmr vermişdir. Hazırda həmin bölüklər münaqişə bölgəsinə yaxın olan Qori rayonunda yerləşdirilmişdir.
Prezident Gürcüstan iqtidarının bu addımını münaqişənin sülh yolu ilə tənzimlənməsində son şans adlandırmışdır. Beləliklə, altı gün davam edən və hər iki tərəfdən xeyli itkiyə səbəb olan atışmaya son qoyulmuşdur. Avqustun 20-nə keçən gecə atəş səsi eşidilməmişdir.
Hazırda Tamaraşeni kəndində olan Gürcüstan müdafiə naziri Georgi Baramidze bildirmişdir ki, əhalini qorumaq üçün hər cür imkanımız vardır və Silahlı Qüvvələrin nümayəndələri çox da uzaqda deyillər. Lazım gələrsə onlar münaqişə zonasına cəmi 15 dəqiqəyə çata bilərlər. Biz ordunu münaqişə bölgəsindən ona görə çıxardıq ki, məsələni siyasi dialoq yolu ilə, qan tökmədən həll edək.
Xəbərin mətnində orfoqrafik səhv var