DÜNYA


“Galaxy Note 9”un kamerası dünyada ilk üçlükdədir

Bakı, 11 sentyabr, AZƏRTAC 

“Galaxy Note 9”un kamerası dünyada ilk üçlükdədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, nüfuzlu “DxO Mark” nəşrinin mütəxəssisləri “Samsung Galaxy Note 9” smartfonunun kamerasını qiymətləndirib. Bu aparat nəşr tərəfindən tərtib edilmiş reytinqdə ikinci yeri tutub.

Fotoçəkilişin keyfiyyətinin yoxlanılması sınağında sözügedən aparatın kamerası 107, videoçəkilişin keyfiyyətinin yoxlanılması sınağında isə 94 bal toplayıb. Smartfon ümumilikdə 103 bal ilə qiymətləndirilib.

“Samsung Galaxy Note 9” qurğusunun kamerası reytinqdə “Huawei P20 Pro” (109 bal) cihazından sonra ikinci yerdə qərarlaşıb. “Samsung Galaxy S9+” və “iPhone X” smartfonları reytinqdə növbəti pillələri bölüşdürüb.

“Note 9” smartfonu avqustda təqdim edilib. Bu smartfon güclü kameradan başqa uzun müddət avtonom işləmə, məlumatların yüksək sürətlə ötürülməsi kimi xüsusiyyətlərə və təkmilləşdirilmiş “S Pen” stilusuna malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.