İQTİSADİYYAT


“Gazprom” Avropaya təbii qaz ixracını artırıb

Bakı, 16 may, AZƏRTAC

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Avropaya təbii qaz ixracını artırıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Gazprom” bu il yanvarın 1-i və mayın 15-i tarixlərini əhatə edən dövrdə Avropaya təbii qaz ixracını 5,9 faiz artıraraq 78 milyard kubmetrə çatdırıb.

“Gazprom”un Almaniyaya təbii qaz ixracı 12,9 faiz, Avstriyaya 70,3 faiz, Hollandiyaya 85,8 faiz, Yunanıstana 39,1 faiz artıb.

Həmin dövrdə şirkətin təbii qaz hasilatı isə ötən illə müqayisədə 9,8 faiz artaraq 197,8 milyard kubmetr olub.

Şirkət 2017-ci ildə Avropaya 193,9 milyard kubmetr təbii qaz tədarük edərək qitənin istehlakının 40 faizini təmin etmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.