DÜNYA


“Gazprom”: “TurkStream”lə ilk qaz dekabrın 31-də nəql olunacaq

Bakı, 14 may, AZƏRTAC

Rusiya təbii qazını Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəməri (“TurkStream”) ilə ilk qaz nəqli dekabrın 31-də olacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rusiyanın “Gazprom” şirkətinin idarə heyətinin sədr müavini Vitali Markelov deyib.

O bildirib ki, “TurkStream”lə ilk təbii qazın nəqli bu il dekabrın 31-də planlaşdırılır. Boru kəmərinin Türkiyədəki quru hissəsində tikinti işlərinin 73 faizi tamamlanıb. Bu hissənin inşasının noyabrda yekunlaşması gözlənilir. Boru kəmərinin dəniz və Rusiyadan keçən hissələrinin tikintisi isə artıq tamamlanıb.

Qeyd edək ki, “Gazprom” şirkəti bu il layihəyə 102 milyard rubl ayırıb. Boru kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.