DÜNYA


“Gazprom”un təbii qaz hasilatı və ixracı artıb

Bakı, 17 may, AZƏRTAC

“Gazprom” 1 yanvar - 15 may tarixləri arasında keçmiş Sovet İttifaqı ölkələri xaricində dövlətlərə təbii qaz ixracı 27 faiz artaraq 76 milyard kubmetrə çatıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Gazprom”un Türkiyəyə qaz ixracı 154 faiz, Almaniyaya 38 faiz, İtaliyaya 11 faiz artıb.

Eyni dövrdə “Gazprom”un təbii qaz istehsalı 15 faiz artaraq 201,3 milyard kubmetr olub.

Mayın 15-nə Avropada təbii qaz depolama həcmi 3,9 milyard kubmetr artıb, 2020-2021-ci ilin qış mövsümündə anbarlardakı 66 milyard kubmetr qazdan istifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.